Zelenski F-16-lar barədə paylaşım edib

Zelenski F-16-lar barədə paylaşım edib

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinə F-16 döyüş təyyarələrinin gətirildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski, sosial media hesabında etdiyi paylaşımda, "F-16-lar Ukraynadadır. Biz buna nail olduq. Bütün tərəfdaşlarımıza və tələbimizi qəbul edən ölkələrə: Danimarka, Hollandiya və ABŞ-a minnətdaram" deyib.

Ayrıca Zelenskinin paylaşdığı videoda F-16-ların havaya qalxdığı anlar və onların uçuşları yer alıb. Buna baxmayaraq Ukraynaya hansı ölkə tərəfindən və nə qədər F-16 təyyarəsinin verildiyi açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə