Goranboy icra başçısının müavini işdən çıxarılıb

Goranboy icra başçısının müavini işdən çıxarılıb

Goranboy rayon icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib. SİA-nın məlumatına görə, Goranboy rayon icra hakimiyyəti başçısının müavini Şamxal Həsənov tutduğu vəzifədən azad olunub.

Məlumata görə, Ş.Həsənov işdən azad olunana qədər icra başçısının müavini – İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu.

Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə