"TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür"

"Tarixi və ortaq ənənələrə, dəyərlərə malik Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzu getdikcə artır". SİA xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Beynəlxalq Birlik Partiyasının Sədri Ünal Üstel deyib.

Onun sözlərinə görə, TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür: "Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi qismində üzv seçilməsi bizi qürurlandırır.

Xalqımızın haqları, Şimali Kipr həqiqətləri uğrunda sonadək mübarizə aparacağıq".

Azərbaycan və Şimali Kipr arasında əlaqələrdən bəhs edən qonaq ölkələrimizin əməkdaşlığı istiqamətində mühüm səylər göstərdiklərini, əlaqələrin intensivləşdiyini diqqətə çatdırıb.

“İnanıram ki, çox yaxın gələcəkdə əlaqələrimiz daha da dərinləşəcək və möhkəmlənəcək. Prezident İlham Əliyevin dediyi kimi, bunun da zamanı gəlmişdir. İnanırıq ki, Şimali Kiprin Türk Cümhuriyyəti tezliklə TDT-yə üzv qəbul ediləcək”, - deyən Ünal Üstel ölkəsinə dəstəyə görə Türkiyəyə və Azərbaycana təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə