Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

"Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərimizə işıq tutan bir sənəd deyil, eyni zamanda, bölgədə təhlükəsizliyi və daimi sülhü təmin edir". SİA xəbər verir ki, bu sözləri Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Efkan Ala deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan birliyi bir təhdid deyil, ortaq coğrafiyamız üçün güclü bir təminat qaynağıdır: "İşbirliyi çərçivəsində bölgənin sabitliyi üçün gündəmi daim yaxından izləyirik. Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə güclü dəstəyimizi davam etdiririk”.

Bütün xəbərlər Facebook səhifəmizdə