Lvovda Azərbaycanı xatırladan məkanlar...

Lvov şəhərində Azərbaycanı xatırladan bir çox məkan var. Onlardan biri şəhərin mərkəzində yerləşən “Bakı” küçəsidir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 1950-ci ildə Azərbaycanın paytaxtının şərəfinə adlandırılan bu küçədə şəxsi mülklərlə yanaşı 1930-cu illərin Polşa arxitekturası üslubunda tikilmiş birmərtəbəli evlər, həm də müasir evlər mövcuddur. Təxminən yarım kilometrə yaxın uzunluğu olan “Bakı” küçəsi yerli sakinlər və şəhərin qonaqları üçün cəlbedici məkan hesab edilir.

Bu küçədə yaşayan Maksim Pojar və Andrey Koval bildiriblər ki, “Bakı” küçəsi onlara doğmadır. “Həyatımızda bizə Azərbaycanı xatırladan bir çox səbəblər var. Onlardan biri də hərbi qulluqda azərbaycanlılarla birgə xidmətdə olmağımızdır. Biz Bakı şəhərinin inkişafını görürük və Azərbaycanın paytaxtında olmaq istərdik”, - deyə “Bakı” küçəsinin sakinləri bildiriblər.

Sakinlər müharibə dönəmində göstərdikləri dəstəyə görə də azərbaycanlılara təşəkkür ediblər.

Bundan başqa, Lvovda “Bakı” küçəsi ilə kəsişmədə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirinin müavini olmuş general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadənin adını daşıyan küçə də var.

Bütün xəbərlər Facebook səhifəmizdə