Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq - FOTOLAR

Azərbaycan və Özbəkistan seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq. Bu barədə SİA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmoproqnoz Monitorinq Mərkəzinin rəhbəri Kahraman Kuçkarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

RSXM-nin baş direktoru Qurban Yetirmişli Azərbaycanın dünyanın bir çox seysmoloji xidmət mərkəzləri ilə yaxından əməkdaşlıq etdiyini bildirib, Özbəkistanla da əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu deyib.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmoproqnoz Monitorinq Mərkəzinin rəhbəri Kahraman Kuçkarov Azərbaycanla birgə əməkdaşlığın tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi, eləcə də beynəlxalq layihələrdə birgə iştirak etmək baxımından faydalı olduğunu qeyd edib.

Görüşdə iki ölkənin seysmoloji mərkəzləri arasında birgə əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə