"Yürütmək istədikləri bu təxribat uğursuzluğa düçar oldu" - MÜNASİBƏT BİLDİRİLDİ

"Frank Şvabın rəhbərlik etdiyi dəstənin aktivləşməsi qlobal erməni şəbəkəsinə bağlı böyükmiqyaslı maliyyə ödənişi olub". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, təkcə Əli Kərimlinin mitinq təyin etmə təxribatı deyil, ona paralel şəkildə Avropadakı söyüş müxalifətinin və bloggerlərin düşüncələri də səslənirdi: "Son aksiyaların əsas sifəti də Prezidentin Almaniya səfəri kontekstində reallaşdı. Yenə həmin mənbədən, qrantlardan, "Soros"çulardan qaynaqlanan şəxslərin əməlləri də bunları göstərir. Əlbəttə ki, şübhə yoxdur, 21 aprel tarixində mitinq elan etdikləri vaxtda Azərbaycan-Ermənistan arasında kəndlərlə bağlı müqavilənin imzalanması ilə paralel vaxta təsadüf etdi. Yürütmək istədikləri bu təxribat uğursuzluğa düçar oldu. İkincisi, bu da maraqlıdır ki, Rusiya sülhməramlılarının Azərbaycanda olması faktına, Rus qoşunlarını Azərbaycanda işğal səbəbi kimi göstərməyə çalışan o qüvvələr Qərb ölkələrinin, Birləşmiş Ştatların, rusların çıxarılmasına reaksiyaları ilə sanki bunu ürəkdən arzulamırdılar. Bir çox dəstəklədikləri şəxslərin də tezisləri suya düşmüş oldu.

Maraqlı məqam bundan ibarətdir ki, Rus sülhməramlılarının çıxmasından sonra 4 kənd üzərindən razılaşmaların əldə olunması da ölkə daxilində Prezidentlə bağlı, onsuz da, yüksək olan reytinqi daha da yüksəltmiş oldu. Belə bir şəraitdə həm də sosial bazalardan məhrum qalmış bu kəsin artıq o dönəmə 21 aprel üçün zəif, biabırçı şəkildə mitinq planlaması ilə nəticələnmiş oldu. Ona görə ehtiyac var idi. Növbəti dəfə may ayı üçün hər hansı plan həyata keçirilməsinə çalışmaq düşüncəsində idilər. Amma arqumentlərin əsası yoxdur. Onlara ötürülən əsas ideyalar bilavasitə Qərb mərkəzlərində istehsal olunur. Ermənilərin maliyyəsi ilə də səsləndirilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə