Orduda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - FOTOLAR - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kross birinciliyi keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.

Müxtəlif qoşun növlərini təmsil edən 9 komanda üzrə 27 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar. Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəyə kross qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

Fərdi hesabda 1-ci yerə müddətli əsgər Mirsadiq Məmmədov, 2-ci yerə gizir Tural Məmmədov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əziz Hüseynov layiq görülüb.

Yarışın yekununda qalib komandalar və fərdi hesabda fərqlənənlər diplom, kubok və medallarla mükafatlandırılıblar.

https://youtu.be/0ufx3WBK5UE

Bütün xəbərlər Facebook səhifəmizdə