"Azərbaycanın dəstəyi bizim mübarizəmizə işıq saçacaq" - Yeni Kaledoniya senatoru

“Bu gün bizim xalqımız üçün çox əhəmiyyətlidir. Çünki bu səhər memorandumun imzalanmasında iştirak etdik. Bizim buna ehtiyacımız var idi. Çünki bu kimi dəstək bizim mübarizəmizdə böyük əhəmiyyətə malikdir. Görürük ki, Azərbaycan həqiqətən bizə öz yardım əlini uzadıb. Bu səbəbdən Azərbaycana təşəkkür edirik”. SİA xəbər verir ki, bu sözləri Yeni Kaledoniya senatın üzvü Moris Vimian “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

“Müstəqillik dövlətlərin, o cümlədən Azərbaycanın dəstəyi bizim mübarizəmizə işıq saçacaq. Lakin Fransa hələ də keçmiş siyasətini davam etdirəcək və bizim işimizi korlamaq istəyəcəkdir. Amma biz öz mübarizəmizdən əl çəkməyəcəyik”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə