“Qubad İbadoğlu müxalif düşərgədə və cəmiyyətdə nüfuza sahib deyil” - MÜNASİBƏT BİLDİRİLDİ

“Qubad İbadoğlu müxalif düşərgədə və cəmiyyətdə nüfuza sahib deyil” - MÜNASİBƏT BİLDİRİLDİ

“Qubad İbadoğlunun konkret cinayət əməlinə görə barəsində həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq, bəzi dairələr hər vasitə ilə onun həbsini siyasiləşdirməyə cəhd edirlər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu, bir daha son zamanlar Qərb dairələrinin fəallaşaraq Azərbaycanın daxili məsələlərinə müdaxilə cəhdinin göstəricisidir: “Qərbdəki bəzi dairələr Azərbaycanın inkişafı və dünyadakı artan nüfuzundan narahat olaraq, ölkədə mövcud sabitliyi pozmaq üçün ən müxtəlif yollara əl atırlar. Azərbaycan cəmiyyətinin ölkədəki ənənəvi radikal müxalifətə inam və etimadı olmadığından müxalif düşərgəsində “yeni sima” formalaşdırmaqla niyyətlərinə nail olmaq istəyirlər. Həmin dairələr İbadoğlunun həbsindən manipulyasiya və spekulyasiya edərək müxalifətin “yeni siması”nı formalaşdırmağa cəhd edirlər”.

Naqif Həmzəyev sözlərinə belə davam edib: “Onların bu cəhdləri yenə də boşa çıxacaq. Çünki onların düşündüyü kimi Qubad İbadoğlu müxalif düşərgədə və cəmiyyətdə elə nüfuza sahib deyil ki, ondan ciddi siyasi sima formalaşdırsınlar. İbadoğlu Azərbaycan cəmiyyətində siyasi fiqurdan daha çox, müxalif mövqeli bir iqtisadçı ekspert kimi tanınır. Bu baxımdan da onun ölkədəki ictimai-siyasi proseslərə təsiri sıfır dərəcəsindədir. FETÖ, SOROS nə qədər cəhd etsə də, ondan ölkədəki proseslərə təsir də biləcək “yeni müxalif sima” formalaşdıra bilməyəcəklər. Onun bunun üçün siyasi bacarıq və qabliyyəti də yoxdur. Belə bir qabiliyyəti olmadığından da müxalif düşərgədə ciddi fiqur kimi qəbul edilmir. O baxımdan da bu başdan demək olar ki, həmin dairələrin İbadoğlu ilə bağlı planları iflasa uğrayıb.

Əgər o yaxşı siyasi təşkilatçılıq qabliyyətinə malik olsaydı, yaratdığı ADR-i cəmiyyətdə ciddi bir siyasi təşkilata çevirərdi: “Onun yaratdığı hərəkatı siyasi partiyaya çevirmək cəhdi uğursuzluğa düçar olmazdı və nəticədə ətrafındakılar istefa verib oranı tərk etməzdilər. Onun eyni zamanda mövcud müxalif təşkilatlar və onların rəhbərləri ilə konfliktləri mövcuddur. Bir-birinə qarşı savaşdadırlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə