“Böyük Qayıdış Vətənimizin ruhunun geri qayıtmasıdır” - ŞƏRH EDİLDİ
“Böyük Qayıdış ərazi bütövlüyümüz və məskunlaşmanın təmin edilməsi baxımından maraq və istəklərimizin ifadəsi idi. Qısa bir müddət ərzində bunun sadəcə istək, arzu deyil, həm də gerçəklik olduğunun şahidi olduq. Yəni, düşmən tapdağından azad edilmiş ərazilərimizdə məskunlaşmağa əhali böyük həvəs göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Deputat bildirib ki, Böyük Qayıdışın təmin edilməsi istiqamətində dövlət proqramları hazırlandı: “Əhalinin də Böyük Qayıdışın təmin edilməsində göstərdiyi səylər əvəzolunmazdır. Belə ki, Böyük Qayıdış məhz dövlətlə xalqın birgə istəyi ilə sürətli şəkildə həyata keçirilməyə başlandı. Bu proses dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir. Şəhərlərin salınması, evlərin tikilməsi, xüsusi infrastrukturun yaradılması, iş yerlərinin açılması, məktəb və xəstəxanaların fəaliyyət göstərməsi qısa zaman kəsiyində təmin edildi. Hətta Qarabağ Universitetinin yaradılması ilə bağlı da ciddi işlər görülür. Bütün bunlar Böyük Qayıdışın sadə bir köç olmadığının, Vətənimizin ruhunun özünə qayıtmasının göstəricisidir. Böyük Qayıdış prosesi mühüm işlərlə müşaiyət olunur. Bu prosesdə Türk dünyasının verdiyi töhfə də xüsusilə diqqəti cəlb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB