“Qondarma tikililər Azərbaycan ərazisində heç vaxt qala bilməz” - MÖVQE BİLDİRİLDİ
“Şuşada qondarma parlament binası separatçılığın bölgədə yayılmasına xidmət edən bir hadisə idi. Ermənistan bütün çağırışlara rəğmən beynəlxalq hüququ kobud şəkildə tapdalıyaraq, Azərbaycan ərazisində hansısa qondar tikililər həyata keçirməyə çalışırdı və ordumuzun əzmindən, qazandığımız qələbədən sonra artıq bu istiqamətdə də Azərbaycan ərazi bütövlüyünü bərpa edərək əlavə söz-söhbətlərə imkan vermir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, bu gün Azərbaycanın qondarma binaları, tikililəri, həmçinin Qarabağın ümumi quruluşuna və strukturuna ziyan vuran, separatçıların tör-töküntüləri olan tikililərin, öz milli tikililəri ilə əvəz etməsi ölkəmizin gücünü, qüdrətini növbəti dəfə nümayiş etdirir: “Eyni zamanda cənab Prezident İlham Əliyev Şuşada binanın qarşısındakı çıxışı ilə həm separatçılara, həm də onların havadarlarına qarşı çox gözəl mesaj vermiş oldu. Bu tip qondarma hadisələri törədənlərin heç bir zaman öz niyyətlərinə nail olmayacağını ölkə başçısı bir daha onlara göstərmiş oldu.
Bu gün Azərbaycanın qazandığı tarixi qələbə fonunda cənab Prezidentin verdiyi mesajlar mühüm əhəmiyyətə malikdir. Bir daha göstərilir ki, Azərbaycan hansısa qondarma işğal növü ilə heç bir zaman barışmayacaq. Bu işğal nəticəsində milli kültürümüzə, arxitekturamıza zidd hansısa qondarma tikililər Azərbaycan ərazisində heç vaxt qala bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB