Laçın şəhərinə və Zabuxa növbəti köç karvanı yola salınıb - YENİLƏNİB - FOTOLAR

Laçın şəhərinə və Zabuxa növbəti köç karvanı yola salınıb - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə və rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, bugünədək Laçın şəhərinə 451 ailə - 1705 nəfər, Zabuxa isə 211 ailə - 808 nəfər köçürülüb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə