Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib. SİA xəbər verir ki, bu vəzifəyə general-mayor Adil Abdullayev gətirilib. Məlumat FHN-dən saytımıza təsdiq edilib.
Qeyd edək ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzin rəisi Adil Ələsgər oğlu Abdullayev general rütbəsini iki il öncə alıb. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB