"Azərbaycan dostluğunu inkişaf etdirəcək və möhkəmləndirəcəkdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərindən sonra ilk rəsmi səfəri məhz qardaş ölkəyə olması bir daha Azərbaycan – Türkiyə münasibətlərinin əbədilliyindən xəbər verir. Bu görüş bundan sonrakı ikitərəfli əlaqələrin bütün istiqamətlərinin nəzərdən keçirilməsi, regional və beynəlxalq məsələlərdəki ortaq mövqelərin dəyərləndirilməsi baxımdan olduqca zəruri idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Deputat sözlərinə belə davam edib: “Təəssüf hissi ilə qeyd edirəm ki, hazırda beynəlxalq aləmdə Türk dünyasına qarşı qərəzin artdığı bir dövrdə Türk ölkələrinin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğu da bir reallıqdır. Bu sahədə atılacaq ilk addım Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Bakı-Tbilisi-Qars dəmir yolu xəttindəki işləri sürətləndirməkdir. Hər iki ölkənin əsas məqsədi bu kommunikasiya xəttindən ən yüksək səmərə götürməklə yanaşı, türkdilli ölkələrin nəqliyyat qovuşağına çevrilməsidir. Bunun üçün hər iki ölkənin birlikdə qəbul etdiyi Qars-Naxçıvan dəmir yolu layihəsi də var.
Bu gün dövlətimiz Türk Dövlətləri Təşkilatı ilə daxil olan ölkələrin münasibətlərinin daha da təsisatlanması və güclənməsi üçün çalışır. Mən deyərdim ki, mətbuata verilən birgə açıqlamadan da bəlli olduğu kimi iyul ayında TDT-nin fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi də qərarlaşdırılıb. Düşünürəm ki, bu, Qarabağın ev sahibliyi etdiyi ən mötəbər tədbirlərdən olacaqdır. Qarşıdakı dövrdə Azərbaycan Türk dünyası ilə dostluğunu daha da inkişaf etdirəcək, möhkəmləndirəcəkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB