"Seçicilərimiz çox aktivdir" - SƏDR

"Seçicilərimiz çox aktivdir" - SƏDR

Bu gün - 7 fevral tarixində 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 12 saylı seçki məntəqəsində də növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilər səhər 08:00-da başlayıb. SİA xəbər verir ki, seçicilərin aktivliyi müşahidə olunur. Ümumilikdə ölkədə 6537 seçki məntəqəsi formalaşdırılıb. 50 mindən çox müşahidəçi 14 siyasi partiyanın mənsubudur.

Məntəqə sədri Aytən Baxışova: "Seçicilərimiz çox aktivdir. Özünüz də görürsünüz. Saat 10-a kimi 150 nəfər səs verib. 988 seçicimiz var".

Müşahidəçi Mehriban Abbasova: "YAP-ın nümayəndəsiyəm. Seçkilər çox aktiv keçir, hamı gəlib iştirak edir. Seçki aydın və şəffaf keçir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə