"Prezidentin 20 ildə fəaliyyətinin ən mübahisəsiz, ən böyük nəticəyönümlü istiqamətlərindən biri məhz xarici siyasət və milli diplomatiyamızdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Siyasi ekspert bildirib ki, bu 20 ildə Azərbaycanın xarici siyasətinin ən müxtəlif istiqamətlərdə formalaşdırılması və model şəklinə salınması kimi böyük problem həll olundu: "Nəzərə alsaq ki, 20 ildə dünya siyasəti və beynəlxalq münasibətlərdə mərhələli şəkildə bir neçə dəfə dəyişikliklər baş verdi. Dünya dövlətləri arasında münasibətlər dəyişdi. Qafqazda gedən proseslərə və Azərbaycana münasibətdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların mövqeyi dəyişdi. Ən pisi bu idi ki, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsində əksər beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələri Azərbaycanı yola verməklə əslində Ermənistanın işğalçılıq siyasətini dəstəkləməklə məşğul olurdular. Belə şəraitdə Azərbaycanın uğurlu və nəticəyönümlü diplomatiyasını, xarici siyasətini formalaşdırmaq çox böyük problem idi. Bu da uğurla həll olundu. Dünyanın bütün dövlətləri və beynəlxalq təşkilatlarının Qarabağ məsələsini Azərbaycanın xeyrinə həll etmək istəməməsi şəraitində birdən-birə bu məsələni Azərbaycanın xeyrinə həll etmək və ərazi bütövlüyümüz, suverenliyimizin bərpasına anlayışla yanaşdılar".
"Doğrudur ki, biz dünya dövlətləri və bəzi beynəlxalq təşkilatlardan diplomatiyamızın uğurlarına görə bir çox hallarda qərəzli münasibətlərin şahidi oluruq. Bu da həqiqətdir ki, qərəzli münasibətlərin içində Azərbaycanın haqqı, hüququnun danılması deyilən bir şey yoxdur. Heç kim demir, deyə də bilməz ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək haqqına malik deyil. Heç kim deyə bilmir ki, Azərbaycan müharibə etməməli idi. Çünki Azərbaycan 30 il bu problemin müharibəsiz həll olunması variantına üstünlük verirdi. Nəticədə bəlli oldu ki, bunun həlli yolu məhz müharibədən ibarət imiş. Ona görə Azərbaycanın diplomatiyasının, xarici siyasətinin formalaşması bu 20 ilin ən mübahisəsiz nailiyyətlərindən biridir. Həm də diplomatiyamız ayrı-ayrı dövlətlərə münasibətdə konkret prinsiplər əsasında, həm də beynəlxalq təşkilatlarla münasibətlərdə formalaşdırıldı. Beynəlxalq təşkilatlarla Azərbaycanın diplomatiyası daha uğurla işləyə bildi. Çünki beynəlxalq təşkilatlara yönəlmiş diplomatiyamızın mahiyyəti həm o təşkilatların öz strukturunun fəaliyyətinin formalaşdırılmasına, həm təşkilatların dünya siyasətindəki mövqeyinin fəallaşmasına, həm də onların gücünün, imkanlarının və səlahiyyətlərinin Azərbaycanın dövlət maraqları ilə əlaqələndirilməsinə yönəldi. Təkcə bir faktı deyim ki, Qoşulmama Hərəkatında Azərbaycanın mövqeyi, nüfuzu Vətən müharibəsi günlərində BMT Təhlükəsizlik Şurasında bəzi ölkələrin Azərbaycana qarşı qərəzlə qəbul etdirmək istədikləri qətnamənin qəbulunun qarşısını almaqda həlledici rol oynadı. Buna nəticə deyərlər. 20 ildir Azərbaycan diplomatiyasına hər hansı bir təftişçi münasibət göstərmək yersizdir. Bu 20 ildə Azərbaycan diplomatiyasının yalnız uğurlarından danışmaq mümkündür. Bu işin tam şəkildə araşdırılmasına ehtiyac var" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB