"Seçkilərdə iştirak etmək əvəzinə kənarda qalmaq..." - PARTİYA SƏDRİ BİLDİRDİ
“Ölkə xaricində olub Azərbaycanda baş verən hadisələrlə bağlı mövqe bildirənlərin əksəriyyəti kənardan maliyyə dəstəyi alan və həmin maliyyə dəstəyi müqabilində öz ölkəsi barədə ancaq mənfi danışmaqla gündəmə gələnlərdir”. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, ölkədə seçki prosesi dövrüdür, 7 fevral tarixində növbədənkənar prezident seçkiləri keçiriləcək: “Bu seçkilərdə iştirak etmək əvəzinə kənarda qalmaqla məsələyə hansısa münasibət bildirmək heç bir halda obyektivlikdən xəbər vermir”.
A.Əlizadə bildirib ki, ölkə daxilində özünü radikal müxalifət elan edən və müxalif mövqedən çıxış edən kəsim də seçkilərdə iştirak edərək mövqeyini bildirsəydi daha təbii olardı: “Seçkilərdə iştirak etməyib bəhanələr gətirməklə kənarda qalıb namizədliyini verməyərək ancaq prosesi qaralamaqla məşğul olmaq heç bir halda heç bir siyasi qüvvəyə baş ucalığı gətirmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB