Polşa səfiri 20 Yanvar qurbanlarının xatirəsini yad edib - FOTO
Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Şəhidlər xiyabanını ziyarət edib, burada 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib. SİA xəbər verir ki, bu barədə Polşa səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.
“Qarşıdan gələn Ümumxalq Hüzn Günü - 20 Yanvar ilə əlaqədar Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Bakıdakı Şəhidlər xiyabanında şəhidlərin xatirəsini ehtiramla yad edib, ölkəsinin adından gül dəstələri düzüb”, - paylaşımda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB