Alie Badara Kamara mina problemindən danışıb - FOTO

Alie Badara Kamara mina problemindən danışıb - FOTO

Syerra-Leone Respublikasının ölkəmizdəki səfiri Azərbaycanın üzləşdiyi mina probleminin miqyasından təsirlənib. SİA-nın məlumatına görə, Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Alie Badara Kamara bununla bağlı Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşündə bildirib.

Vüqar Süleymanov səfir Alie Badara Kamaranı təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfirə ölkəmizdə mövcud mina proqleminin miqyası, bu problemin arada qaldırılması istiqamətində Agentlik tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verilib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə