“Əli Kərimli "tutuquşu siyasəti"ni hobbiyə çevirib” - MÜNASİBƏT BİLDİRİLDİ

“Əli Kərimli "tutuquşu siyasəti"ni hobbiyə çevirib” - MÜNASİBƏT BİLDİRİLDİ

“AXCP sədri Əli Kərimli, əslində, 30 ildir eyni sözləri deyir. Az qala hər gün təkrarlayır ki, "bu ölkənin sərvətlərini talan edən də, inkişafının qarşısını alan da, dürüst və mübariz insanları məhbəslərdə çürüdən də bu rejimdir. Bəs nəyə görə bəzi adamlar müxalifətə müxalifətçiliklə məşğuldurlar?". Əvvəla, adam bununla faktiki etiraf etmiş olur ki, "tutuquşu siyasəti"ni hobbiyə çevirib və gözləri bağlıdır”. Bu sözləri SİA- ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Ordusu dünyanın ən güclü orduları sırasında olan, iqtisadiyyatı hətta bəzi Avropa ölkələrindən də dayanıqlı olan, 200 illik Qarabağ problemini 44 günlük müharibə+1 günlük antiterrorla həll edən Azərbaycanın hakimiyyətini hansı üzlə ölkəni inkişafdan saxlamaqda ittiham etmək, şərləmək olar?! Bunun üçün gərək elə Əli Kərimli ağılda olasan.

İkincisi, xalq faktiki olaraq kimin kim olduğunu, kimin nəyə qadir olduğunu dəqiq bilir. Əli Kərimli bircə bu suala cavab versin ki, özünə belə arxayın idisə, müxalifət kimi gücü, çəkisi, nüfuzu, fərqli inkişaf proqramı vardısa, niyə seçkiyə qatılıb xalqın dəstəyini almaq istəmədi? Deməli, deqradasiyaya uğradıqlarını dəqiq bilir. İnkişafdan dəm vururlar, faktiki bir partiyanı idarə edə, inkişaf etdirə bilmirlər. 30 ildə ən iyrənc hadisələr məhz Əli Kərimlinin təşkilatının içərisində baş verdi. Özfəaliyyət dərnəyinə çevriliblər. Bunları hər kəs görür, bilir axı. Müxalifət kimi lap çoxdan bitiblər. Xalq onları dəftər-kitabından silib. Virtual dünyada bir neçə yüz naməlum profillər hesabına "layk müxalifəti" kimi davam etmək reallıqları unutmaq deməkdir. Reallıqlardan uzaq düşmək isə ona gətirib çıxarır ki, hər şeyi qara görürsən, özünəheyranlıq ifrat həddə çatır. İnsanlar bunları dəqiq görür və özünə "əsl müxalifət" medalı, pasportu vermiş Əli Kərimlini, onun kimi qaragüruhları tənqid etməyə haqq edir.

Nəhayət, hətta üzünə "demokrat" maskası keçirmiş adam "məni niyə tənqid edirsiniz" deyirsə, tənqid edənləri təhqir edir, hirslənirsə, elə özü öz üzündəki maskanı cırmış olur...”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə