“Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

“Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, əsas mövzu ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı qərəzli hesabatıdır.

Konfransda deputatlar, Azərbaycan İlahiyyat İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər şəxsləri, respublikamızda fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov açılış nitqi ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə