"Başqasının əmlakı korlandığı üçün cərimə tətbiq etmək mümkündür" - VƏKİL DANIŞDI
"İnzibati Xətalar Məcəlləsində belə bir müddəa nəzərdə tutulmayıb. Lakin hər hansı formada bu addımlara qarşı cərimə tətbiq etmək olar". Bu sözləri SİA-ya açıqlamasında vəkil Mehman Muradlı paytaxtın mərkəzi küçələrində avtobus dayanacaqlarına pərakəndə, səliqəsiz, üst-üstə yapışdırılan müxtəlif məzmunlu elanlarla bağlı danışarkən deyib.
"Birbaşa olmasa da, dolayısı yolla cərimə etmək mümkündür. Çünki belə vəziyyətdə başqasının əmlakı korlanmış olur. Birbaşa olaraq inzibati cərimə tətbiq etmək çətin məsələdir, amma mümkünsüz deyil. Bir sözlə, bunu birbaşa olaraq qayda pozuntusu kimi qiymətləndirmək olmur",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB