İndiyədək 14 min 500-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib
Prezident seçkiləri ilə əlaqədar indiyədək qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı məlum olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
O qeyd edib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 min 281 yerli müşahidəçi qeydiyyatdan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB