"Bu gün Azərbaycanda çox əlamətdar tarixi hadisələr baş verir. Həm də sevindirici hadisələrdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisinin deputatı Məlahət İbrahimqızı deyib.

O, sözlərinə belə davam edib: "Bunlardan biri də 30 ildən artıq öz torpaqlarını tərk etmiş bacı-qardaşlarımız, məcburi köçkünlərimizin köç məsələsidir. İnsan inana bilmir, riqqətə gəlir, göz yaşlarını saxlaya bilmir. 1992-ci ildə o şaxtalı gecədə Xocalıda baş vermiş soyqırımından sonra indi Xocalı sakinləri öz yurdlarına qayıdırlar. Prezidentin tapşırığı ilə Xocalı yenidən qurulur. Orada beynəlxalq standartlara cavab verən yaşayış məskənləri salınır. Bu asan məsələ deyil. Dünyada müharibə yaşayan ölkələr var. Amma müharibədən qısa müddət sonra vurulan yaraları sağaltmaq, problemləri həll etmək hər dövlətin işi deyil. Biz dövlətimizin gücü ilə fəxr etməliyik".
Deputat sözlərinə belə davam edib: "Sovet dövründə 41-45 müharibəsində şəhid olan, itkin düşən, qazi olan insanların hələ də problemləri həll olunmayıb. Müharibə bitər-bitməz şəhid, qazi ailələri üçün qəsəbələr salındı. İstər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində şəhidlərimizin mənzil problemi həll olunmaq üzrədir. Möhtərəm Prezidentimizin də dediyi kimi 2025-ə qədər şəhid ailəsi, qazilərin mənzil problemi qalmayacaq. İşğaldan azad olunmuş ərazilərdə də yenidənqurma işləri görülür. Bir tərəfdən infrastruktur, digər tərəfdən də beynəlxalq səviyyəli layihələr həyata keçirilir. Hava limanları, Zəngəzur koridorunun inşası ilə bağlı layihələr icra olunur. Yaşıl enerji sahəsində investisiya qoyuluşu tətbiq olunub. Dünyanın 2030 gündəliyindən tələb etdiyi məsələlərin Azərbaycanda həll olunması ilə bərabər, "Böyük Qayıdış" - köç prosesi həyata keçirilir.
Görün, ölkəmiz nə qədər böyük layihələr həyata keçirir. Bu, hər azərbaycanlını sevindirir. Fəxr olunasıdır. Bu günlərdə Xocalının köçünü gözləyirik. Hər vətəndaşın ən böyük nisgili Xocalı soyqırımı idi. Beynəlxalq hüquq çərçivəsində soyqırımı törədənlərə layiqincə cavab verilməyincə bu məsələdən geri durmayacağıq. Köç prosesi təkcə Xocalı istiqamətində deyil, bütün azad edilmiş ərazilərdə gedir. Qarabağ sakinləri 2024-cü ilin yeni təqvim ilini öz isti ocaqlarında qeyd edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB