"Yaxın vaxtlarda Ağdam və ətrafında da abadlıq işləri həyata keçiriləcək" - MÜNASİBƏT BİLDİRDİ

"Yaxın vaxtlarda Ağdam və ətrafında da abadlıq işləri həyata keçiriləcək" - MÜNASİBƏT BİLDİRDİ

"Ümumilikdə Ağdam şəhəri yenidən salınacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

O, sözlərinə belə davam edib: "30 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini işğal etmişdi. İşğal dövründə bütün rayonlar, kəndlər talanmışdı, daşı - daş üstündə qoymamışdılar. Bütün infrastruktur dağıdılmışdı. 44 günlük müharibədən sonra Azərbaycan öz ərazilərini azad etdikdən sonra yenidənqurma prosesi başladı. Təbiidir ki, qaçqınların geri qayıtması, onların rahatlığı üçün infrastruktur yaradılmalı idi.

İşğaldan azad edilən bütün rayonlarda yenidənqurma işləri başladı, tikinti işləri getdi, yeni məktəblərin, iş yerlərinin, xəstəxanaların tikilməsi prosesi gedirdi. Bu proses pilləvari olur. Birdən-birə bütün problemləri həll etmək qeyri-mümkündür. Elə şərait yaradılmışdı ki, əhalinin yaşaması üçün bir dənə də olsun, yaşayış binası qalmamışdı. Ağdam rayonunda da yenidənqurma işləri başlayıb. Xüsusilə də, yarımstansiya strateji obyektini deyə bilərəm. İstənilən yerin, bölgənin yenidən qurulması, infrastrukturun sürətlə yaranmasını inkişaf etdirmək üçün elektrik enerjisinə ehtiyac var. Bu baxımdan yarımstansiyanın açılması ilə təkcə Ağdam yox, Ağdamın yaxınlığında olan digər rayonlara da elektrik enerjisinin verilməsi nəzərdə tutulur".

Azad Məsiyev sözlərinə belə davam edib: "Təbiidir ki, elektrik enerjisi olmayan yerdə abadlıq işi aparılması real deyil. Ona görə birinci elektrik yarımstansiyasının açılması, bölgəni elektriklə təmin etmək və tikinti işlərinin, şəhərciklərin salınması prosesi başlayacaqdır. İşğaldan azad olunan bütün bölgələrdə abadlıq işləri gedir, Ağdam və ətrafında olan kəndlərdə də bu proseslər davam edəcək. Ümumilikdə Ağdam şəhəri yenidən salınacaq. Orada yaşayış binalarının tikilməsi, xəstəxanaların, məktəblərin tikilməsi, eyni zamanda yaşıllığın salınması kimi proyektlər nəzərdə tutulur. Bu cür addımlar prezidentin daxili siyasətinin tərkib hissəsidir və Qarabağa göstərdiyi diqqətin bariz nümunəsidir. Qeyd etmək istəyirəm ki, işğaldan azad olunan bütün rayonlar əvvəlkindən də firavan, şəraitli olacaq. Əhalinin geri qayıtması üçün infrastruktur yaxşı olmalıdır. Prezidentin də məmurlar qarşısında qoyduğu əsas tələblərdən biri də odur ki, əhali üçün hər şey yüksək səviyyədə olsun. Yaxın vaxtlarda Ağdam və ətrafında da abadlıq işləri həyata keçiriləcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə