“Türkiyə və Azərbaycan sıx təmasda fəaliyyət göstərirlər” - MÜNASİBƏT

“Türkiyə və Azərbaycan sıx təmasda fəaliyyət göstərirlər” - MÜNASİBƏT

“Son illər Türkiyə və Azərbaycan Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi “Bir millət iki dövlət” olaraq sıx təmasda fəaliyyət göstərirlər”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə dövründə və ondan sonra ki, hadisələr zamanı Türkiyə Azərbaycanı, Azərbaycanda Türkiyənin yanında oldu: “Bu qarşılıqlı yardım həm Türkiyənin üzləşdiyi çətinliklərdən çıxmasında, həmdə Azərbaycanın qarşısına çıxan problemlərin həll olunmasında böyük rol oynadı. Xüsusilə son dövrlər Azərbaycana təzyiqlərin artdığı hallarda Türkiyənin dəstəyi bizim üçün xüsusilə əhəmiyyətli oldu. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı keçirilən müzakirələrində Türkiyə birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəklədi. Bundan sonrakı antiterror tədbirləri zamanı Azərbaycana təzyiqlər artanda bu təzyiqlərin qarşısında dayanmaq üçün Türkiyə bizə əlindən gələn köməyi göstərdi. Eyni qardaşlıq münasibətini Azərbaycanda daim Türkiyəyə göstərib. Ən çətin zamanlarda xüsusilə Türkiyədə zəlzələ baş verərkən ilk yardıma gedən və ən çox yardım göstərəndə Azərbaycan olub. Bundan sonra da belə olacaq Şuşa bəyannaməsi dönmədən addım-addım icra olunacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə