Azərbaycana məxsus olan torpaqları özlərininki kimi tanıtmaqdan ötrü hər sifətə girən, sonra da guya öz torpaqlarından məhrum olduqlarına görə yazıq, məzlum duruma düşdüklərini göstərən və bununla da hayasızcasına yardım, iyanələr dilənən haylar aldıqları dilənçi payını bayram ab-havası, yeni il şənliyi üçün sağa-sola xərcləməkdən çəkinmirlər. Çox ehtiyac içərisində olduqlarını nümyiş etdirərək, xarici donorlardan maliyyə yardımı dilənənlər indi sevinclə təmtəraqlı alış-veriş edirlər və artıq həmin o yazıq görkəmi aldıqları heç yadlarına da düşmür.
Qarabağdan cəmi 10-15 min sayda köç edən erməninin sayının 100 mindən çox olduğunu yalandan yayaraq, guya onların təminatı məqsədi ilə yardım dilənənlər İrəvan küçələrinin bəzədilməsinə milyonlar xərcləyirlər, amma köç edənlərin həmin küçələrdə sərgərdan gəzmələrinə, birtəhər yaşamalarına məhəl də qoymurlar. Köç edən insanların həyat üçün elementar şərait və imkanlarının belə olmadığını deyərək, dünyaya səs salan və bununla da külli miqdarda vəsait dilənənlər bayram əhval-ruhiyyəsi ilə əylənməyə hazırlaşırlar. Küçə və meydanların müxtəlif bər-bəzəklə təmin olunması üçün külli miqdarda vəsaitləri düşünmədən səpələyənlər özlərini heç bir şeydən məhrum etmək niyyətində görünmürlər. Belə dəb-dəbə üçün milyonları bir neçə gün ərzində küçələrə, həmin küçələrin bər-bəzəyinə “tökənlər” nə yazığa oxşamırlar, nə də onlar küçələrdə sərgərdan kimi gəzənlərin halına acıyan kimi görünə bilməzlər.
Bəli, İrəvan meriyası yeni ilə hazırlaşır. Ermənistan hökuməti bir tərəfdən pul çatışmazlığından şikayətlənir, digər tərəfdən də paytaxtda yeni il bəzəklərinə yüz milyonlarla dram pul xərcləyir. Hətta bəhanə də tapırlar və deyirlər ki, guya bunu uşaqlara görə edirlər və başlarına gələn müsibətlərdə uşaqların heç bir günahı yoxdu deyə onları şənlikdən məhrum etməyə haqları çatmırmış. Məsələ burasındadır ki, guya uşaqlar üçün milyonlar xərcləyənlər onların böyükləri üçün qəpik quruşu da qıymırlarsa, deməli, uşaq söhbəti sadəcə bir bəhanədir və bunu özləri üçün edirlər. Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlarda qeyd olunur ki, İrəvanın çox kiçik olan mərkəzinə yeni il şənliyi üçün düz 202 milyon dramdan çox vəsait ayrılıb. Bu isə o deməkdir ki, guya uşaqların şənlənməsi üçün düz yarım milyon dollardan artıq pul xərclənib. Bu vəsaitlərin uşaqlar üçün xərclənciyi heç də inandırıcı deyil və bunun onlar tərəfindən iddia edilməsi belə gülüncdür.
Maraqlıdır, ötən ilki işıqlandırma sistemləri ilə mərkəzi küçələri niyə bəzəmək istəmirlər? Bəlkə, ötən ilki bər-bəzəyin bu il uşaqları sevindirəcəyinə şübhə edirlər? Yaxud, bəlkə elə hesab edirlər ki, ötən il quraşdırdıqları həmin işıqlar, bər-bəzək anbarlardan gətirilib İrəvan küçələrində quraşdırılsa, uşaqlar onlardan inciyə bilərlər? Təbii ki, bu, ironiyadır, sarkazmdır və bunu iddia etmək axmaqlıq, buna inanmaq isə sadəlövhlükdür. Hər kəs, ələlxüsus da ermənilər özləri də bilirlər ki, həmin bər-bəzək, həmin çil-çıraq, həmin dəb-dəbə ancaq kimlərinsə özləri üçün, özlərinin bayram əhval-ruhiyyəsi üçün, özü də bircə günlük bayram ab-havası üçün nəzərdə tutulub. Sözsüz ki, uşaqlardan fərqli olaraq, onlar ötən ilin bər-bəzəyindən gözlərinin “doyduğu” qənaətindədirlər və öz kefləri üçün bu qədər vəsaitin xərclənməsi də heç veclərinə belə deyil.
Bir il əvvəl belə bər-bəzək alınması üçün tender elan edənlər qalibi də elə tender yolu ilə müəyyən etmişdilər, vəsaiti də özləri müəyyən etdikləri “qalibə” ödəyib bər-bəzəklə təmin olunmuşdular. Daha bir maraqlı məqam ondan ibarətdir ki, bu il də eyni şəkildə tender elan etdilər, amma yenə də “qalib” eyni şirkət oldu və eyni ilə keçən il aldıqlarını bu il də eyni şirkətdən aldılar, hansıki, bu barədə Ermənistana məxsus mətbuat səhifələrində kifayət qədər informasiyalar yayılmaqadır. Bəllidir ki, 202 milyon dram və ya yarım milyon dollar başqalarına, fərqli şirkətə, fərli ünvana yox, məhz eyni “yerə” bu il də ödənilir və müzakirə mövzusu olmasa da, bu özü belə, çox diqqət çəkən məqamdır. İrəvanın bayram görkəmindən həzz almaq və özlərinə şənlik etmək üçün yenidən mərkəzi meydanda yerləşən binaları artıq yenidən deşməyə başlayıblar. Hətta köhnə deşiklərdən belə istifadə etmirlər ki, uşaqların xətrinə dəyər, yaxud da bundan incik düşərlər. Yəni, hadisələrin gedişi də təsdiq edir ki, uşaqlar üçün şənlik nəzərdə tutduqları barədə bu qədər ağ yalana heç uşaqları da inandırmaq mümkün olmadığı halda, haylar bunu elə həyasızcasına da utanmadan iddia edirlər.
İrəvanın mərkəzinin yeni il dekorasiyası və işıqlandırılmasına 202 milyon dram xərcləyənlər deyəsən, bununla da kifayətlənmək niyyətində deyillər. Belə görünür ki, onları nə isə qane etmir və artıq inzibati ərazi dairələri üzrə də “hazırlıqlara” başlanılıb. Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlardan belə aydın olur ki, Malatiya-Sebastiya inzibati dairəsinin cəmi 3 küçəsinin yeni il dekorasiyası üçün bu yaxınlarda təxminən 10 milyon dram da ayrılıb. Bəlkə də qalan inzibati rayonlar da öz növbələrini gözləyirlər. Yəqin, indi də iddia edəcəklər ki, bu qədər vəsaiti xərclədikdən sonra cəmi 10 milyon drama görə uşaqların xətrinə dəymək istəməyiblər və həmin küçələri də ona görə bəzəmək qərarına gəliblər. Hətta bu yaxınlarda Axtanak körpüsünün bədii işıqlandırmasının müasirləşdirilməsi üçün daha 60 milyon dram vəsait ayrılmasını da uşaqlar üçün etdiklərini iddia edə bilərlər. Bizdə bir məsəl var, deyirlər ki, utanmasan toyda oynamağa nə var. İndi haylar da öz həyasızlıqları fonunda nə ağıllarına gəlsə deyə bilərlər, bu, gözləniləndir, çünki qətiyyən utanan kimi görünmürlər. Hayların belə həyasız iddia ilə çıxış edə biləcəyi təqdirdə də dedikləri təəccüb doğurmaya bilər, çünki artıq onların buna alışqan olduqları qəbul da edilib. Əgər bundan sonra da yeni il şənliyi üçün yaxın gələcəkdə bayram xərcləri artmaqda davam edərsə, çətin ki, buna da təəccüblə yanaşan ola.
İndi növbə belə gözləmədən yeni il süfrələrinə dəbdəbəli sifarişlər verənlər barədə də işğalçı ölkənin KİV-lərində yetərincə məlumatlar yayımlanır. Kimlərsə, elə indidən qızardılmış donuz əti, qızardılmış toyuq, balıq və balıq məhsulları, soyuq yeməklər, salatlar, min bir qəlyanaltı sifariş etməkdədirlər. Hətta bəzi erməni mənbələrində qeyd olunur ki, bir çoxları süfrələrində, stollarının üstündə yaşı ən azı on ildən yuxarı olan konyak olmazsa, bərk pərişan olacaqları ilə bağlı deməkdən də çəkinməyiblər. Bəlkə yenə də iddia etmək istəyirlər ki, elə yaşı ən azı on ildən yuxarı olan konyak da uşaqlar üçün nəzərdə tutulub və onların belə keyfiyyətli konyak içib keflənmələri üçün çalışırlar? Hər halda, hay olsalar da, bu qədər həyasızlıq etmək həddi aşmaqdır...
Dəbdəbəli yeni il keçirmək niyyətlərinə kənardan baxanda belə bir təəssürat yaranır ki, guya aldıqları iyanələr, dilənçi payı ilə elə bil ölkələrini çiçəkləndiriblər, bütün problemlərini də həll ediblər, küçələrdə hələ də sərgərdan qalanların bütün qayğıları həll olunub, indi də özlərini mükafatlandırmaq qərarına gəliblər. Bəlkə də elə hesab edirlər ki, bir il zəhmət çəkiblər, bir az dincəlmək onların, yaxud da uşaqların haqqıdır. Yəni, həmin ölkənin prezidenti, baş naziri, Milli Məclisin sədri təmtəraqlı yeni il qəbulları təşkil etmək, qəbul zamanı da dırnaqarası da olsa “əzmkarlıqla” və “fədakarlıqla” görülən “genişmiqyaslı işlərdən”, “uğur və nailiyyətlərindən” danışmaq qərarına gəlib yoxsa? Bəlkə misilsiz qırnaqarası “iqtisadi artımdan”, həyata keçirdiləri “islahatlardan”, vətəndaşların “gəlirlərinin artmasından”, cəmiyyətin sosial vəziyyətində “sıçrayışlı irəliləyiş” əldə edilməsindən danışmaq fikrindədirlər deyə belə təmtəraqlı şənlik fikrinə düşüblər? Amma bütün bu sadalananları Ermənistan vətəndaşları heç yuxularında da görə bilmirlər və səfalət içərisində inləyirlər. Nəinki uşaqların, heç onların valideyinlərinin belə yadına indi yeni il düşmür. Yeni il barədə, özlərini şəndirmək barədə düşünənlər tamamilə başqalarıdır, erməni xalqının sıravi nümayəndələri, onların uşaqları deyil.
İşğalçı ölkənin təcili həllini tələb edən çoxsaylı problemləri olduğu halda, diləndikləri vəsaitlərin israfçılıqla xərclənməsi onların əsl mahiyyətini ortaya qoyur. Çörək pulu olmayan on minlərlə erməninin dəbdəbəli yeni il şənliyinə ehtiyacı ola bilərmi və bu reallığı guya həmin o diləndikləri milyonları əyləncəyə xərcləyənlər başa düşmürlərmi? Vəsait çatışmazlığını bildirib, əl açıb dilənərək, əldə edilən vəsaitləri istədikləri kimi xərcləyənlər xalqının halına yanan kimi özlərini göstərə bilməzlər. Dilənərək aldıqları vəsaitlərlə ildə bir dəfə ofislərini təmir edənlər, mebellərini yeniləyənlər, bahalı maşınların birini digəri ilə əvəz edənlər ölkə vətəndaşlarını yox, özlərini düşünürlər. Ermənistan adlı ölkənin başına gələn fəlakətlər, orada yaşayan insanların müsibətləri, fəryad səsləri öz əyləncələrini hər şeydən üstün tutanların sevincində boğulur. Bax, əsl həqiqət budur. Əsl həqiqət odur ki, erməni xalqının fəryadına fikir verməyənlər özləridir, başqaları deyil. Elə bu həqiqəti dünya ictimaiyyəti görməlidir və dərk etməlidir ki, onlardan dilənərək aldıqları milyonları qətiyyən səfalət içərisində olan erməni xalqına xərcləmək niyyəti belə ortada yoxdur. Hər halda, bu həqiqət dərk edildiyi zaman əyləncələrə xərclənən milyonların, dilənçi payı kimi də olsa belə, verilməsinə məhdudiyyətlər qoyular və bununla da məhrumiyyətlər fonunda işğalçı ölkə hakimiyyəti, onun siyasi rəhbərliyi hər bir istiqamətdə öz məsuliyyətini dərk etməli olar. Ən azından dərk etməli olar ki, ölkənin müqəddəratı üçün büdcə vəsaitlərinə, bunun üçün də iqtisadi inşişafa ehtiyac var və iqtisadi əlaqələr, bu əlaqələrə görə də ölkələrlə münasibətlərin normallaşdırılması olduqca vacibdir. Məsuliyyət dərk edildiyi təqdirdə, əlbəttə ki, doğru, düzgün addımlar atılar, məqsədyönlü siyasət yürüdülər və bu da onların özlərinin yaratdıqları problemlərin aradan qalxmasına gətirib çıxarar. Amma fakt budur ki, dilənərək alınan və əyləncəyə xərclənən milyonlar bu barədə düşünməyə belə onlara imkan vermir və dilənçi payı kimi verilən vəsaitlər nəticədə ermənilərin özlərini daha ağır durumlara sürükləyir...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB