“COP29-un ölkəmizdə keçirilməsi mühüm əhəmiyyətə malikdir” - DEPUTAT DANIŞDI

“COP29-un ölkəmizdə keçirilməsi mühüm əhəmiyyətə malikdir” - DEPUTAT DANIŞDI

“COP29-un ölkəmizdə keçirilməsi məsələsi artıq təsdiqini tapıb. Hətta düşmən Ermənistan belə buna razılıq verib. Çünki iki dövlət arasında qarşılıqlı sülh yaratmaq prosesində və danışıqlarda buna nail olunub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi mühüm əhəmiyyətə malikdir: “Şərqi Avropa ölkələrindən Bolqarıstan namizədliyini irəli sürsə də, Rusiya və Belarusiya onları blokladı. Amma Azərbaycanın real bir namizəd olması hər kəsə məlumdur.

Azərbaycan COP29-a ev sahibliyi edə biləcək böyük bir infrastruktura malikdir. COP29 böyük ümumdünya iqlim sammitidir. Bu sayədə ölkəmizə 180-ə yaxın dövlətin iştirakı ilə 70 min qonağın gələcəyi gözlənilir. Bu baxımdan COP29 kimi beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi, həm də ölkə turizminə mühüm töhfə verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə