"Ermənistanın bəyanatları təxribat xarakteri daşıyır" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistanın bəyanatları təxribat xarakteri daşıyır" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan parlament sədrinin bəyanatında Ermənistan hakimiyyətinin əsl niyyətlərini bir daha görmüş olduq. Ermənistan parlamentinin spikeri ALen Simonyanın 31 kəndlə bağlı absurd bəyanatı Ermənistan tərəfinin delimitasiya danışıqlarını mümkün qədər qısa müddətdə yekunlaşdırmaqda maraqlı olmadığını göstərir. Ermənistan delimitasiya danışıqlarını tələsik şəkildə razılaşdırmaqla özünün sülhsevər dövlət olduğunu göstərməyə çalışsa da, əslində hədəf yenidən Azərbaycanı qaralamaq, şayələr yaymaqdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Ermənistan delimitasiya danışıqlarının sərhəddə keçirilməsinə razılıq versə də, danışıqların qısa müddətdə yekunlaşmaması üçün əlindən gələni edir: "Müharibədən sonrakı üç il ərzində Ermənistanın dünya ictimaiyyətinə və diplomatik dairələrə qəbul etdirmək istədiyi yalanlardan biri də Azərbaycanın guya sərhəddə bir qisim torpaqları işğal etməsi idi. Hətta bir neçə dəfə bu məsələni beynəlxalq məhkəməyə də çıxartdılar, müəyyən təşkilatlarda müzakirələr aparıldı. Amma Azərbaycan qəti şəkildə öz mövqeyi üzərində dayandı və Azərbaycanın öz torpaqlarında suverenliyini bərpa etdiyini bütün dünyaya bəyan etdi. Azərbaycan heç kimin ərazilərinə girməyib, girmək fikrində də deyil. Ermənistanın heç bir həqiqətə əsaslanmayan bəyanatları əslində təxribat xarakteri daşıyır. Bununla da delimitasiya danışıqlarının vaxtını uzatmağa çalışır".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə