"Azərbaycan mənafelərinə xidmət etməyən müqaviləni imzalamayacaq" - POLİTOLOQ BİLDİRDİ

"Azərbaycan mənafelərinə xidmət etməyən müqaviləni imzalamayacaq" - POLİTOLOQ BİLDİRDİ

“Azərbaycan və Ermənistan Baş Nazir müavinləri arasında görüşlərin keçirilməsi və Əsasnamənin hazırlanması haqqında qərarın qəbul olunması iki düşmən dövlət arasında münasibətlərin inkişaf etdirilməsinə aparan tədbirlərdir”. Bu barədə SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında danışıqlar sonda etimad mühitinin yaradılması ilə nəticələnəcək: “Amma sülh müqaviəsinin bu tezliklə imzalanmasına nail olunacağını düşünmürəm. Bu istiqamətdə mövcud olan ən ciddi problem delimitasiya və demokrasiya və eləcə də kommunikasiyaların açılması deyil, vasitəçilik etməkdə israrlı olan dövlətlərin tutduqları mövqedir”.

Ə.İbrahimov qeyd edib ki, Avropa İttifaqı, ABŞ və Rusiya Azərbaycan və Ermənistanda öz istədiklərini həyata keçirməyə can atdıqları siyasətdən əl çəksələr sülh müqaviləsi imzalanacaq: “Əks təqdirdə sülh müqaviləsi üfüqdə yoxdur. Azərbaycan isə özünün mənafelərinə xidmət etməyən heç bir müqaviləni imzalamayacaq, kimin bunu istəməsindən asılı olmayaraq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə