“Telefon danışığı Azərbaycan-ABŞ münasibətinin yaxşılaşmasına səbəb olacaq” - DEPUTAT FİKİR BİLDİRDİ
“Antoni Blinken başa düşdü ki, Azərbaycan Cənubi Qafqazın ən böyük və ən güclü, eyni zamanda sülhsevər dövlətidir. Buna görə də ABŞ Cənubi Qafqazda müəyyən məsələlərlə bağlı nəyəsə nail olmaq istəyirsə, Azərbaycanla münasibətləri pozmamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, ABŞ-ın Ermənistanla əlaqələri bizi maraqlandırmır və biz onların işlərinə qarışa bilmərik: “Lakin məhz Ermənistana görə Azərbaycana qarşı haqsız və qərəzli mövqe tutmaq tamamilə yanlışdır. Antoni Blinkenin əməkdaşı da məhz Amerika senatorları və konqresmenləri səviyyəsində belə bir yanlışa yol verdi. Azərbaycana qarşı haqsız sənədin qəbul olunması, təzyiq və təhdid dili ilə danışılması yolverilməzdir. Hesab edirəm ki, bu günlərdə baş tutan telefon danışığı, məktub və s. Azərbaycan və ABŞ arasında yaranmış gərginliyin yumşaldılmasına və münasibətlərin yaxşılaşmasına səbəb olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB