“Adam heç Laçından qayıtmaq istəmir” - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN

“Yoldaşımla Laçına qayıdıram. Bir qızım burda təhsil alır, digəri isə ailəlidir”. SİA xəbər verir ki, bu sözləri bu gün Laçına köç prosesi zamanı keçmiş məcburi köçkün Vəfa Umudova deyib.

Vəfa Umudova sözlərinə belə davam edib: “Çox sevinib qürurlanırıq. Bunları şəhidlərimizə, qazilərimizə borcluyuq. Onları əsla unutmayacağıq. Onların valideynlərinin qarşısında baş əyirik.

Allah Prezidentimizin canını sağ etsin. Orada bizim üçün rahat və tam şəraitli evlər tikiblər. Bir dəfə gedib Laçını görmüşəm. Çox gözəldir. Adam heç qayıtmaq istəmir.

Vaxtilə Laçından anam, atam və digər ailə üzvlərimlə çıxmışdım. İndi onların hamısı rəhmətə gedib. Qızımın o zaman 4, mənim də 24 yaşım var idi.

Laçına getdikdən sonra orada çalışmaq fikrim var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə