Əli Kərimli “qırt toyuq” kimi televiziyanın qarşısında oturub - Siyavuş Novruzov

Əli Kərimli “qırt toyuq” kimi televiziyanın qarşısında oturub - Siyavuş Novruzov

Azərbaycan ilə əlaqədar Amerika tərəfindən ədalətsiz qərar qəbul olunub. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O xatırladıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

"Bundan sonra Azərbaycanın aparacağı müharibə diplomatipa müharibəsi olacaq. Amma təəəsüf ki, Amerikanın apardığı qərəzli fikirlərə içimizdə olan məkirlilər də dəstək verir", - deputat vurğulayıb.

Siyavuş Novruzov AXCP sədri Əli Kərimlini də tənqid edib: "Əli Kərimli “qırt toyuq” kimi oturub televiziyanın qarşısında Azərbaycana qarşı fikirlər səsləndirir. Bir dəfə olsun Azərbaycanın apardığı haqlı mübarizədən və s. danışılmayıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə