“Dünyada hələ də neokolonyalizm siyasəti yürüdən ölkələr var” - BAHAR MURADOVA

“Dünyada hələ də neokolonyalizm siyasəti yürüdən ölkələr var” - BAHAR MURADOVA

“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başladığı vaxtdan onun institusional inkişafına təkan verən ideya və təşəbbüslərlə çıxış edib. Pezident İlham Əliyevin liderliyi ilə Hərəkat öz fəaliyyətinin yeni mərhələsinə qədəm qoyub. Ölkəmiz COVID 19-la mübarizədə qlobal səylərin birləşməsində mühüm rol oynayıb”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransında səsləndirib.

Bahar Muradova bu konfransın da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyulunda nazirlər səviyyəsində keçirilmiş iclasında Prezident İlham Əliyevin elan etdiyi təşəbbüs çərçivəsində keçirildiyini vurğulayıb. O bu konfransın üzv ölkələrdə qadın və qızların hüquqların qorunması, ən yaxşı təcrübələrin öyrənilməsində, beynəlxaq arenada ortaq maraqların qorunması istiqamətində əhəmiyyətini qeyd edib: “Dünyada hələ də neokolonyalizm siyasəti yürüdən ölkələr var. Özlərini beynəlxalq hüququn müdafiəcisi qismində təqdim edən həmin ölkələrə qarşı qadın və uşaqların hüquqlarınln qorunması istiqamətində birgə çalışa bilərik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə