“Müstəmləkəçilik iddialarından əl çəkməyən Fransanın əsl siması” - ŞƏRH EDİLDİ

“Müstəmləkəçilik iddialarından əl çəkməyən Fransanın əsl siması” - ŞƏRH EDİLDİ

“Fransızca belə bir deyim var: “Bizdən sonra qoy dünyanı sel aparsın” (“Apres nous le deluge”). İşğalçı Ermənistanın bu müstəmləkə dövlət tərəfindən sürətlə silahlandırması haqlı olaraq qeyd etdiyimiz atalar sözünü xatırladır və düşündürür. Məhz bu silahlandırmaya görə, Fransanın əsl siması barədə fikir və düşüncələrimizi bölüşmək qərarına gəldik. İnsan haqları, söz və mətbuat azadlığı, demokratiya adı altında maskalanan bu dövlət gerçək simasını görmək üçün bu ölkənin daxilindəki proseslərə ötəri nəzər yetirmək əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında "Qloballaşma və Milli Həmrəylik" İB-nin sədri Həsən Qarayev deyib.

O, sözlərinə belə davam edib: “Məlum olduğu kimi Fransanın Nanter şəhərində Əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi ilə bağlı bu ölkədə başlanan iğtişaşlar digər avropa ölkələrinə də sıçradı. Əslində Prezident Emmanuel Makronun illərdən bəri həyata keçirdiyi türkofobiya, azərbaycanofobiya və islamofobiya siyasətinin bir elementi və acı nəticəsidir. Bu ölkədə növbəti polis zorakılığının hədəfinin məhz yeniyetmə əlcəzairli olması heç də təsadüfi ola bilməz. Dövlətin rəhbəri başda olmaqla Fransa rəsmilərinin qanlı hadisəyə münasibətləri üzərində apardığımız təhlillər göstərir ki, polisin bu addımı sanki Əlcəzairin tarixi cinayətlərlə bağlı Fransadan təzminat almaq iddialarına qarşı görülən qisasçılıq tədbiridir.
Əvvəlcə Fransanın siyasi tarixində silinməsi mümkün olmayan bəzi ləkələrin - soyqırımı cinayətlərinin siyahısını təqdim edək:

- Fransa İnqilabından dərhal sonra ölkənin qərb hissəsindəki Vande bölgəsində üsyan edən katolik xristianların qətliamı nəticəsində 600 min katolik öldürülüb;

- 1872-1954-cü illər arasında Vyetnamda 500 mindən çox vyetnamlı anamsızlıqla qətlə yetirilib;

-Fransa işğal zamanı 1 milyon 500 min əlcəzairlini vəhşicəsinə öldürərək tarixdə Əlcəzair soyqırımı yaradıb;

- Fransızlar 1994-cü ildə Ruanda 800 min insanın ölümü ilə nəticələnən qırğına görə məsuliyyət daşıyırlar.

Afrikanın digər ölkələri - Qabon, Seneqal, Benin, Tunis, Qvineya, Burkina-Faso, Çad, Kamerun və Cibutidə fransızlar insanları öldürməklə kifayətlənməyərək, həmçinin sağ qalanlara qarşı dini zorakılığa məruz qoyublar. Ötən əsrdə əhalisi əsasən İslama sitayiş edən bu ölkələrdə insanlara zorla xristianlığı qəbul etdiriblər.

Bütün bunlar və adlarını çəkmədiyimiz neçə-neçə digər silinməz faktlar deməyə əsas verir ki, Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir”.

Həsən Qarayev sözlərinə belə davam edib: “Beynəlxalq səviyyəli ekspertlər hesab edirlər ki, Əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi bilərəkdən törədilib və əslində Fransada həyata keçirilən insanlıq əleyhinə cinayət, düşünülmüş qisas əməliyyatının bir elementidir.

İndi haqlı olaraq belə çoxsaylı suallar yaranır: Ermənistanı sürətlə silahlandırmaqda Fransanın məqsədi nədir? Görəsən, gerçəkdənmi Prezident Emmanuel Makronun hakimiyyəti hesab edir ki, bu yolla Ermənistanı özünün Qafqazdakı forpostu edəcək? Ermənistana guya hücumlar ediləcəyi barədə yalan xəbərlər uyduran Fransanın təhdidləri açıq şəkildə Rusiya və İrana qarşı açıq hədədir. Təxminən yarım əsrdir ki, İran, Ukrayna müharibəsindən sonra isə Rusiya ABŞ və Avropanın sanksiyaları ilə üz-üzə qaldıqları bir vəziyyətdə işğalçı Ermənistanın bu xəyanətini bağışlayacaqlarmı? Görünən budur ki, artıq riyakar mövqeyi ilə Fransanın vassalına çevrilən Paşınyan hakimiyyətinin Rusiya və İrana qarşı xəyanətləri bağışlanmayacaq. Rusiya və İran İrəvanın bu xəyanətinə cavab olaraq tərəddüd etmədən Ermənistanı Ukraynanın vəziyyətinə salacaqlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə