“Ermənistan Fransanın təlimatları kontekstində hərəkət edir” - MÜNASİBƏT

“Ermənistan Fransanın təlimatları kontekstində hərəkət edir” - MÜNASİBƏT

“Fransanın təhriki ilə artıq Avropa İttifaqı da Ermənistanın silahlandırılması istiqamətində bu ölkəyə maliyyə vəsaiti ayırır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ-da “907-ci düzəliş”ə uyğun olaraq Ermənistana silahlar almaq üçün maliyyə ayıracaq: “Cənubi Qafqazda əsas strateji hədəf ondan ibarətdir ki, regiondan Rusiyanı tamamilə çıxarsın, o cümlədən Mərkəzi Asiyada möhkəmlənsinin qarşısını alsın. Bu xüsusda Ermənistan seçilib. Ümumiyyətlə, silahlanmanın həyata keçirilməsində məqsəd məhz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə mane olmaqdır. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti də siyasi iradə ortaya qoymur, Qərbin, Fransanın təlimatları kontekstində hərəkət edir. Qeyd edim ki, ABŞ-ın ümumiyyətlə, Qərbin təhriki ilə siyasət yürüdən ölkələr həmişə xaosla üzləşiblər. Düşünürəm ki, Ermənistan da siyasi xaosa sürüklənəcək və ölkədə böyük bir siyasi təlatümlər baş verəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə