“Bu zəfər Azərbaycan xalqının dövlətçilik tarixində mühüm hadisədir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu zəfər Azərbaycan xalqının dövlətçilik tarixində mühüm hadisədir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanın əldə etdiyi tarixi zəfərin müəllifi Azərbaycan xalqı, ordusu və müzəffər Ali Baş Komandandır. Bu zəfər Azərbaycan xalqının dövlətçilik tarixində mühüm hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, zəfərə gələn yol sadə olmayıb: “Biz mürəkkəb hərbi-siyasi proseslərdən keçərək bu zəfərə nail olmuşuq. 2003-cü ildən başlayan yeni eramızın bu zəfəri əldə edəcəyimiz üçün uzun bir hərbi-siyasi marafon müəyyən etmiş oldu. Bu marafonda bütövlükdə post-Sovet məkanı və dünyada baş verən mürəkkəb geo-siyasi proseslər mühüm mərhələlərdən keçiblər. Nəticə etibarı ilə Azərbaycanın müəyyənləşdirdiyi siyasət bu mürəkkəb proseslərdən ən az zərərlə çıxmaq üçün şərait yaratdı. Azərbaycanda qələbəmizi təmin edəcək iqtisadi əsaslar formalaşdırıldı ki, bu birinci məsələ idi. Eyni zamanda ordunun texniki təchizatı və peşəkarlardan ibarət kadr komplekləşdirilməsi də vacib məsələlər sırasında yer alırdı. Azərbaycan bunların hər birinin öhdəsindən gələrək, mürəkkəb coğrafiyada tarixi qələbə əldə etdi.

Bu gün ölkəmizin hər qarışında Azərbaycanın konstitusion quruluşu təmin olunub. Bu hadisə özlüyündə dövlətin gələcək inkişafı ilə bağlı mühüm inkişaf perspektivləri yaradır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə