“Radikal müxalifət həbs olunan şəxslərin ətrafında şou yaradırlar” -MÜNASİBƏT
“Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib oluna, həbs edilə və cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bu, hüququn qızıl qaydasıdır”. Bunu SİA-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, bütün demokratik ölkələrdə bu prinsipə əməl olunur: “Hesab edirəm ki, Azərbaycan da bu mənada istisina deyil. Amma təəssüflər olsun ki, bəzi hallarda siyasi cameədə olan hər hansı müxalifət siyasi partiyada təmsil olunan ayrı-ayrı şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunurlar. Məsuliyyətə cəlb olunaraq həbs edildikləri halda həmin cameədə olan xüsusilə, özlərini radikal müxalifət elan etmiş siyasi cameənin "liderləri" bu faktlardan istifadə edərək həmin adamların guya konkret cinayət əməlinə görə deyil, siyasi fəaliyyətinə görə həbs olunduqlarını iddia edirlər və bununla da faktiki olaraq həmin həbs olunan şəxslərin ətrafında şou yaradırlar. Bu məsələlərdən öz siyasi məqsədləri üçün istifadə edirlər və özlərinə siyasi divident qazanmağa çalışırlar. Lakin bu da heç bir halda onlara başucalığı gətirməyəcəkdir. Azərbaycan qanunlarla idarə olunan demokratik, azad dövlətdir. Hər kəs qanun qarşısında törətdiyi əməllərinə görə cavab verməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB