Ceyhun Bayramov almaniyalı həmkarından Şuşa və Xankəndinin adlarını düzgün səsləndirməyi tələb edib
“Xanım nazir çıxışında Şuşa və Xankəndi şəhərinin adlarını çəkərkən qondarma rejimin qoyduğu “adları” da çəkdi". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, BMT-nin müvafiq qətnaməsinə əsasən, Azərbaycanın coğrafi adlarından istifadə edilməlidir: “Xanım nazirin istifadə etdiyi ikinci “adlar” mövcud deyil. Ona görə də Azərbaycan hüququna hörmət göstərilsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB