Elmi ekspedisiyaların təşkili və aparılması qaydalarına dəyişiklik edilib

Elmi ekspedisiyaların təşkili və aparılması qaydalarına dəyişiklik edilib

Azərbaycanda elmi ekspedisiyaların təşkili və aparılması qaydalarına dəyişiklik edilib. SİA-nın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklə elmi müəssisə tərəfindən təşkil edilən ekspedisiyalar elmi müəssisə rəhbərinin əmri əsasında yaradılır. Bu əmrlə ekspedisiyanın elmi məqsədi, ekspedisiyanın rəhbəri, ekspedisiyanın tərkibi, görüləcək işlərin planı və smeta xərcləri təsdiq edilir. Ekspedisiyanın fəaliyyəti 30 (otuz) gündən (arxeoloji ekspedisiyalarda 60 (altmış) gündən çox davam edərsə, ekspedisiya yenidən yaradılır və smeta xərcləri hər ay yenidən təsdiq ediləcək.

Ekspedisiyanın şəxsi heyətinə də dəyişiklik edilib. Arxeoloji ekspedisiyalarda 10 nəfər mülki-hüquqi müqavilə əsasında işə götürülən işçilər ekspedisiyanın şəxsi heyətini təşkil edə biləcək.

Digər dəyişikliklə isə Azərbaycanda elmi ekspedisiyalar və çöl işlərinin aparılması üzrə xərc normalarına yenidən baxılıb. Belə ki, hər iş günü üçün nəqliyyat vasitəsinin və digər texnikanın icarəsi (faktiki iş günündə sürücü əməyi də daxil olmaqla) xərcləri 12 manatdan 25, nəqliyyat vasitəsi üçün yanacaq və sürtkü materialları xərcləri (faktiki iş günündə) 10 manatdan 15, bina və mənzillərin icarəsi üçün xərclər isə 5 manatdan 25 manata qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə