“Qələbəyə kölgə salanın siyasi mədəniyyəti yetərli deyil” -MÜNASİBƏT
"Azərbaycan dövlətinin əldə etdiyi qələbə tarixi bir qələbədir. Uzun illər həsrətində olmuş ki, torpaqlarımız işğaldan azad olsun və həmin torpaqlarda yaşamış insanların öz dədə-baba yurdlarına geri qayıtsınlar. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad etdi”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev deyib.
Onun sözlərinə görə, 2020-ci ildən sonra Qarabağda separatçı tör-töküntülər var idi və Azərbaycan dövləti dəfələrlə onlara xəbərdarlıq etmişdi ki, onların öz separatçı hərəkətinə son qoymalıdırlar: “Bu iki il ərzində də xəbərdarlıqlar öz nəticəsini vermədi və Azərbaycan dövləti nəticə etibarilə yenə də həmin bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə məcbur qaldı. Sentyabr 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri ilə separatizmə son qoyuldu. Beləliklə də, Azərbaycan dövləti bütün ərazilərində öz suverenliyini bərpa etdi. Bu, çox sevindirici və qürurverici bir haldır ki, Qarabağın hər bir yerində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Demək olar ki, bu problem dünən bu günün problemi deyildi, bu, əslində, iki yüz ilə yaxın bir problem idi ki, bu problem də kökündən həll olundu. Bu qələbəyə sevinməmək mümkün deyil, bu, böyük tarixi parlaq qələbənin üzərində hər hansı bir kölgə salmaqda mümkün deyil. Bir sözlə, bu məsələyə kimlər sevinmirsə, mən artıq bu məsələdə, sözün həqiqi mənasında, söz tapmaq mümkün deyil. Kimsə özünün hansısa bir siyasi ambisiyasına görə əldə etdiyimiz bu qələbəyə kölgə salmaq istəyirsən, həmin şəxslərin özündə siyasi mədəniyyət yetərli deyil. Lakin onların nə deməsindən və etməsindən asılı olmayaraq onlar heç vaxt öz istəklərinə çatmayacaqlar. Yaxşı olardı ki, onlar bu cür hərəkətlərindən əl çəksinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB