"Hər birimiz qətiyyətli şəkildə Prezientin apardığı siyasətin yanındayıq" - SİYAVUŞ NOVRUZOV

"Hər birimiz qətiyyətli şəkildə Prezientin apardığı siyasətin yanındayıq" - SİYAVUŞ NOVRUZOV

"Bu gün Azərbaycana qarşı Avropa İttifaqına (Aİ) daxil olan və Avropa Parlamentində təmsil olunan ölkələrin bir qrupunun təzyiqini, ədalətsiz yanaşmasını hiss edirik". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat sözlərinə belə davam edib: "Ai ilə ən çox iqtisadi əməkdaşlıq edən Azərbaycandır. Çətin günlərdə onların hər birinə Azərbaycan dayaq olur. Onlar üzdə ölkəmiz haqqında müsbət fikirlər desələr də, gizlində başqa qərarlar qəbul edirlər. Bu bir daha onu sübut edir ki, həmin ökələrin əksəriyyəti özü müstəqil deyil və müstəqil siyasət apara bilmir. Bunun nəticəsində ədalətsiz qərara qoşulmağa məcburdurlar.

Biz mübarirəzimizi davam etdirməli, ölkələrlə bağlı fikirlərimizi ortaya qoymalıyıq. Biz bu gün ədalətli mövqedəyik. Ermənilərə qarşı Azərbaycan soyqırım həyata keçirməyib. Ömrü boyu Azərbaycaan qarşı soyqırım olb. 3+3 formatından sonra bu təzyiqlər daha da artacaq. Biz buna hazır olmalıyıq ki, özümüzü müdafiə edək. Bu baxımdan deputat həmkarlarımızın üzərinə böyük iş düşür.

Mən bu məsələlərdə hamıya uğurlar arzu edirəm. Hər birimiz qətiyyətli şəkildə cənab Prezientimizin apardığı siyasətin yanındayıq. Heç bir qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe tuta bilməz".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə