'Bu bəyanat Fransa hakimiyyətinin riyakarlığını, ikili standartlar siyasətini bir daha ortaya qoydu" MÜNASİBƏT

'Bu bəyanat Fransa hakimiyyətinin riyakarlığını, ikili standartlar siyasətini bir daha ortaya qoydu" MÜNASİBƏT

"Bu günlərdə Fransa prezidenti Makron Korsikaya muxtariyyatın verilməsinin mümkünlüyü barədə bəyanatla çıxış etdi. Onu da vurğuladı ki, muxtariyyat dövlətə qarşı olmamalıdır. Bu bəyanat Fransa hakimiyyətinin riyakarlığını, ikili standartlar siyasətini bir daha ortaya qoydu". Bunu SİA-ya açıqlamasında “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, 1997-ci il yanvarın 1-dən keçmiş Minsk qrupunun həmsədri seçildiyi gündən Qarabağ ermənilərinə veriləcək muxtariyyat statusunu Azərbaycan dövlətinə qarşı yönəltmək üçün əlindən gələni edən Fransa Korsikadan söhbət düşəndə əksini tələb edir: "Unudur ki, onların təqdim etdiyi “paket” təklifinə görə Qarabağda “dövlət içində dövlət” yaradılmalı, yalnız ermənilərin qəbul etdikləri qanunlara uyğun olan Azərbaycan qanunları orada işləməli idi. Bu məqsəd “ümumi dövlət” təklifində bir az da qabağa aparıldı və iddia olundu ki, Qarabağ dövlətdir və Azərbaycanla birləşib “ümumi dövlət” yaradır. Sonuncu “Madrid prinsipləri” təklifində artıq açıq şəkildə Qarabağda referendum keçirmək və onu müstəqil etmək nəzərdə tutulurdu. Bu cür “müdrik” təkliflər verən Fransa nədənsə Korsikanı “dövlət içərisində dövlət”ə çevirmək, yaxud, referendum keçirib Korsikanı müstəqil dövlətə çevirmək barədə düşünə bilmir. Fransanın aparıcı yer tutduğu Minsk qrupu 30 il ərzində Azərbaycana bu cür dövlətçiliyimiz üçün son dərəcə təhlükəli olan təkliflər verdi. Bu təkliflərə qarşı Ulu Öndər Heydər Əliyev böyük məharətlə mübarizə apardı. Azərbaycanı çox böyük təhlükələrdən qorudu. Ancaq etiraf etməliyik ki, dövlətimizi “Minsk üçlüyü”nün yaratdığı təhlükələrdən, onun təzyiqlərindən qorumaq üçün Prezident İlham Əliyev müstəsna xidmətlər göstərdi. On illərlə davam edən təzyiqlərə qarşı dayanmağı bacaran dövlət başçımız son nöqtəni qoydu və Azərbaycanı iki yüz illik bir bəladan xilas etməyi bacardı".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə