“Anti-Azərbaycan qətnamələrinin arxasında məhz Fransa durur” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Anti-Azərbaycan qətnamələrinin arxasında məhz Fransa durur” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Fransanın Cənubi Qafqazda apardığı siyasət militarist və regionda sülhə təhid siyasətdir. Fransa Ermənistanı silahlandırma missiyasını həyata keçirir və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə də mane olmağa çalışır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, hazırda Fransanın təhrik ilə erməni separatçıları yeni hay- küy qaldırmağa həvəsləndirilər: “Avropa parlamentində və digər Avropanın təşkilatlarında anti-Azərbaycan qətnamələrinin arxasında məhz Fransa durur. Bir sözlə, Fransa riyakar siyasət həyata keçirir və Ermənistan üzərində geopolitik maraqlarını Cənubi Qafqazda təmin etmək istəyir. Amma bu əlbəttə ki, sülhə mane olur. Ümumiyyətlə, Fransanın bu cür hərəkətlərini onun beynəlxalq hüquqa hörmət etmədiyini və ədalətsiz bir mövqe tutduğunun göstəricisidir. Təbii ki, Fransanın bu siyasəti regionda stabilliyə mane olur. Həm də Fransanın zəifləməkdə olan mövqelərinə ciddi zərbədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə