Azərbaycan bütün təşkilatlarla qarşılıqlı münasibətlərini daim inkişaf etdirir
YAP Abşeron Rayon təşkilatının sədri Abbas Əliyev
13 oktyabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edən Cənab Prezident İlham Əliyev səfər çərçivəsində ayrıca Rusiyanın Prezidenti Vladimir Putin ilə də görüşdü. Görüşdə həm ikitərəfli əlaqələrin inkişafı və həm də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ ərazisindəki mövcud durum müzakirə edilmişdir.
Dövlətimiz bərabərhüquqlu əməkdaşlıq etməyə hazır olan bütün təşkilatlarla qarşılıqlı münasibətlərini daim inkişaf etdirir. MDB 1991-ci ildə yaradılmasına baxmayaraq Dövlətimiz bu təşkilata 1993-cü ilin sentyabrında üzv olmuşdu. Bu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atdığı ilkin strateji addımlardan biri idi. Ölkəmizin o zaman Müstəqil Dövlətlər Birliyinə üzv olmasına cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli yanaşmalar olurdu. Ümummilli Lider Ermənistanın bu təşkilatda üzv olduğunu nəzərə alaraq bu təşkilat çərçivəsində Dövlətimizə qarşı gözlənilən təzyiqlərin qarşısını almaq və birliyin imkanlarından maksimum dərəcədə Azərbaycanın mənafeyinə uyğun faydalanmaq məqsədilə belə bir strateji seçim etmişdi.
Dövlətimizi MDB məkanı ilə yaxından əməkdaşlığa cəlb edən bir sıra mühüm amillər var. Onlardan biri sovet dönəmində bu ərazidə yerləşən respublikalarla iqtisadi-ticari iş birliyimiz və tarixi işgüzar əlaqələrin bərpası və fayda gətirmək potensialının olmasıdır. Önəmli digər amil MDB ərazisində bütövlükdə bir milyondan çox soydaşımızın yaşamasıdır ki, onların vətənlə daimi əlaqəsini təmin etmək üçün dövlətlərimiz arasında səmimi dostluq münasibətlərinin formalaşdırılmasına ehtiyac var. Elə bu baxımdan Cənab Prezident İlham Əliyev
tərəfindən müəyyən olunmuş MDB çərçivəsində əməkdaşlıq siyasətində mədəni-humanitar əlaqələr xüsusi yer tutur.
Dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə verdiyi əhəmiyyət MDB çərçivəsində aparılan siyasətlə də uğurlu şəkildə uzlaşdırılır. İqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. 2022-ci il Azərbaycanla MDB ölkələri arasında əmtəə dövriyyəsinin
həcmi təxminən otuz faiz artıb. Artım bu il isə hələlik iyirmi faizdən çoxdur.
Ölkəmiz MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-yə üzv olan ölkələr Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər.
Azərbaycan ərazisində kəsişən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən layihələr bütün MDB üzvlərinin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət göstərir. Bütün bunlarla yanaşı, Dövlətimiz MDB çərçivəsində siyasi və iqtisadi əlaqələrini yalnız Azərbaycanın siyasi məqsədlərinə müvafiq şəkildə və ölçüdə reallaşdırır. Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın daha çox ikitərəfli
əsasda davam etdirilməsinə üstünlük verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB