"İlham Əliyev ata vəsiyyətini həyata keçirən lider kimi xalqımızın tarixinə düşdü" - TURAL GƏNCƏLİYEV

"İlham Əliyev ata vəsiyyətini həyata keçirən lider kimi xalqımızın tarixinə düşdü" - TURAL GƏNCƏLİYEV

"Məlumdur ki, cənab Prezident Xankəndi, Xocalı və digər ərazilərdə şanlı bayrağımızı ucaltdı. Bu çox önəmli bir hadisə idi. Hər kəsi səmimi qəlbdən təbrik edirəm". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat sözlərinə belə davam edib: "20 il öncə cənab İlham Əliyev Azərbaycan prezidenti seçilərkən verdiyi sözü tutdu. O, ata vəsiyyətini həyata keçirən lider kimi xalqımızın tarixinə düşdü. Biz buna heç vaxt tərəddüd etmirdik.

Sosial şəbəkələrdə çıxışlarımızda da qeyd edirdik ki, Xankəndi və Xocalıya geri dönəcəyik. Bəziləri bu sözlərə görə bizim çıxışlarımıza lağ edirdilər. İndi o insanlara salamlarımı çatdırıram. Biz bir anlıq belə liderimizə tərəddüd etmirdik. Xankəndində şanlı bayrağın qaldırılması iki mühüm hadisə ili üst-üstə düşdü.Birincisi Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağldır. İkincisi isə Qarabağda süni Qarabağ bölgəsi yaradaraq Xankəndinin adının süni şəkildə dəyişdirilməsi ilə bağlıdır. Cənab Prezident bu qara qüvvələrə öz yerini göstərdi. Xankəndinin millət vəkili olaraq çox qürur duyuram".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə