"Prezidentin siyasəti problemlərin dərhal həllinə istiqamətlənib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın öz sosial-iqtisadi inkişaf proqramı, öz dəsti-xətti var. Azərbaycan Prezidentinin siyasəti çevik formada məsələlərin dərhal həllini yaxud gələcəkdə yarana biləcək problemləri qabaqcadan nəzərə alır. Bu, onu göstərir ki, atılan addımlar, verilən tapşırıqlar, qoyulan hədəflər düşünülmüş şəkildə həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat sözlərinə davam edərək bildirib ki, bunun təsdiqi bizim son illərdə yaşadığımız pandemiyadan ən az itkilərlə çıxmağımız, sürətlə post-pandemiya inkişafımız, makroiqtisadi uğurlarımızdır: "Eyni zamanda, bizim qızıl valyuta ehtiyatlarımızın artmasını, beynəlxalq maliyyə borclarımızın azalmasını da müşahidə edirik. Hesab edirəm ki, bütün bunlar Azərbaycanda həyata keçirilən sosial-iqtisadi dövlət proqramlarının uğurları, bariz nümunəsidir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə