“Paşinyan bir gündə üç dəfə fikirini dəyişir” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı iki dəfə sənəd imzalayıb. Bu axırıncı sənəddə Avropa İttifaqının vasitəçiliyi ilə imzaladı”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.
Onun sözlərinə görə, Paşinyan hər zaman bəyan edir ki, sülh müqaviləsini imzalamağa hazırdır, amma bu adam bir gündə üç dəfə fikirini dəyişir: “Yəni, Paşinyan hökumətin iclasında bir cür danışır, parlamentin iclasında başqa cür danışır və jurnalistlərlə tam başqa cür danışır. Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev Gürcüstanda olarkən gözəl bir təklif verdi ki, Gürcüstanda biz üç qonşu dövlət görüşək müzakirələr aparaq və Ermənistanlada sülh müqaviləsi Tiflisdə imzalana bilər. Ən gözəl netiral dövlət Gürcüstan həm Azərbaycanla, həmdə Ermənistanla qonşudur, neytral bir dövlətdir. Amma Paşinyan bundan imtina edir. Niyə o Fransa himayəsində bu danışıqları aparır. Çünki Fransa tərəfidir, yəni Fransa necə vasitəçi ola bilər? Fransa Ermənistana hər cür yardım edir və indidə silahlarını verəcəyini bəyan edir. Ona görə də, Ermənistan müstəqil dövlət deyil və özü qərar verə bilmir. Vaxtı ilə Ermənistan Rusiyadan asılı idi, indi də Fransadan və Qərbdən, diaspordan asılıdır. Ona görə də, o mərkəzlər nə komanda verirsə, Paşinyan da onu icra edir. Yəni, vəziyyət bu cürdür. Ancaq Ermənistan məcburdur sülh müqaviləsini imzalamağa. Necə ki, əraziləri sülh yolu ilə qaytarmadı və Azərbaycan ordusu Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi özü həll etdi. Sonra Qarabağ separatçıları təslim olmurdu və Ermənistan onları qızışdırırdı və Azərbaycan özü bir gündə antiterror tədbirləri nəticəsində məsələni həll etdi. Necə ki, cinayətkarları Arayiki və digərlərini Azərbaycana təhvil vermirdi, Azərbaycan özü həbs edərək onları məhkəmə qarşısına çıxarır. Eləcə də, Ermənistanı məcburən sülh müqaviləsini imzalayacaq. Bütün məsələləri Azərbaycan dövləti özü həll etmək gücündədir. Hələ də Ermənistan ağlını başına yığmayıb. Zamanında Ermənistan ABŞ-a, Rusiyaya, İrana, Fransaya arxayın olub işğal siyasətin davam etdirirdi və nəticə göz önündə oldu. İndi də yenidən Fransa silahlarına və digər məsələlərə ümid etsə, daha acınacaqlı sonluq onu gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB