“Ermənilər Azərbaycanın qələbəsini sindirə bilmədilər“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənilər Azərbaycanın qələbəsini sindirə bilmədilər“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan zəfər qələbəsi çaldıqdan sonra dünyada yaşayan ermənilər Azərbaycan əleyhinə təbliğatlara başladılar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Fransada Azərbaycan səfirliyinin qarşısında mitinqlər edərək hücumlar olundu. Daha sonra Livanda və başqa şəhərlərdə də bu hadisələr oldu.

Azərbaycan isə Vena konvensiyasına müraciət edərək həmin dövlətlərdə səfirliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı bəyanatlar verdik. Dünən isə Beyrutda baş verən hadisə Azərbaycan XİN tərəfindən yenidən pisləndi. Təbii ki, Beyrutun müdafiə orqanları azğınlaşmış erməniləri Azərbaycan səfirliyinin qarşısından uzaqlaşdırıblar. Ermənilər harda olmalarından asılı olmayaraq öz xislətlərini göstərdilər. Onlar Azərbaycanın qələbəsini sindirə bilmədilər. Biz artıq suverenliyimizi bərpa etmişik və yaxın zamanda bölgədə sülhə nail olacağıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə